EN

Kilauea yenidən püskürdü – lava 120 metrə qalxdı

Kilauea
Dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-ın Havay adasındakı Kilauea yenidən fəallaşıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Havay Vulkan Müşahidəxanasının məlumatına görə, vulkan 23 dekabr 2024-dən bu yana artıq 37-ci dəfə püskürüb və 120 metr hündürlüyə qədər lava atıb.
Qeyd olunur ki, püskürmə Havay Vulkanları Milli Parkının ərazisində yerləşən Halemauma krateri ilə məhdudlaşıb. Vulkanın son aktivliyi 9 noyabrda qeydə alınmışdı. 2018-ci ildə 700-dən çox ev məhv olmuşdu Kilaueada son püskürmə dalğası 23 dekabr 2024-də başlayıb. Əksər püskürmələr bir gündən az davam edir, onların arasındakı fasilələr isə bir neçə gün çəkir.

Xatırladaq ki, 2018-ci ildə vulkanın təxminən 3 ay davam edən aktivliyi nəticəsində 700-dən çox ev tamamilə məhv olmuşdu.

Chosen
39
1news.az

1Sources