EN

ADY Orta Dəhlizin səmərəliliyinin artırılması istiqamətində işləri davam etdirir- Rövşən Rüstəmov

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatlarınsəmərəliliyinin artırılması məqsədilə infrastrukturun inkişafetdirilməsi istiqamətində işləri davam etdirir.

Trend xəbər verirki, bunu MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cüiclasında “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmovbildirib.

Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhlizvə Şimal–Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələrAzərbaycanın qlobal nəqliyyat xəritəsində lider mövqeyini təminedib.

“Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiya arasındaetibarlı körpü rolunu oynayır. Bakı–Tbilisi–Qars xəttimodernləşdirildikdən sonra onun ötürücülük qabiliyyəti illik 1milyon tondan 5 milyon tona yüksəldilib. Ümumilikdə, “AzərbaycanDəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyiniartırmaq məqsədilə infrastrukturu inkişaf etdirmə işlərini davametdirir, o cümlədən Şərq-Qərb istiqamətində əsas magistral dəmiryolu xətti olan Bakı–Böyük Kəsik istiqamətində dəyişən cərəyanlakeçidlə bağlı işlər uğurla həyata keçirilir”, - deyə obildirib.

Rövşən Rüstəmovun sözlərinə görə, Orta Dəhliz Avrasiyanınmərkəzində yerləşən ölkələr üçün alternativ və təhlükəsiz tranzitmarşrutu kimi əhəmiyyətini artırır.

“Qeyd edim ki, cari ilin 10 ayı ərzində “Azərbaycan DəmirYolları” Orta Dəhliz üzrə 317 blok-qatar qəbul edib, bunlardan119-u tranzit qatarıdır. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 32 faiz artım deməkdir”, - o əlavə edib.

Məqalədə:
Chosen
89
2
az.trend.az

3Sources