Bu gün Sumqayıt şəhərində 8,500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Şirkət bildirir ki, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən D150 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması üçün qaz verilişi bu gün saat 14:00-dan etibarən dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.