EN

Rövşən Rüstəmov: Orta Dəhliz Avrasiyanın mərkəzində yerləşən ölkələrin təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır

Bakı, 26 noyabr, AZƏRTAC

Orta Dəhliz Avrasiyanın mərkəzində yerləşən ölkələrin alternativ və təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ADY bu ilin ilk 10 ayında Orta Dəhliz boyunca 317 blok qatar, o cümlədən 119 tranzit qatarı yola salıb.

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artım deməkdir. “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində görülən işlər Azərbaycanın regionun şimal və cənub istiqamətlərində ticarət axınlarını birləşdirən strateji əhəmiyyətli bir əlaqə kimi rolunu gücləndirir. “Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçən əsas seqmenti olan Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonuna qədər başa çatacaq. Bu ilin fevral ayından etibarən Bakı Beynəlxalq Dəniz Limanı “Azərbaycan Dəmir Yolları” QSC-yə inteqrasiya olunub. Onun genişləndirilməsi və müasir logistika mərkəzinə çevrilməsi inteqrasiya olunmuş nəqliyyat strategiyasının vacib tərkib hissəsidir.

Rövşən Rüstəmov qeyd edib ki, bu gün Bakı Limanı təkcə Azərbaycanı deyil, bütün regionu qlobal ticarət zəncirinə inteqrasiya edən əsas mərkəzlərdən biridir: “Limanın infrastrukturu, rəqəmsal idarəetmə sistemi və "yaşıl liman" konsepsiyası Avropa ilə Asiya arasında yük axınlarının optimallaşdırılmasına kömək edir. Ələt Azad İqtisadi Zonası ilə birlikdə liman Orta Dəhlizin dayanıqlı və səmərəli işləməsi üçün əsas mərkəz rolunu oynayır”.

Chosen
74
2
azertag.az

3Sources