EN

MDB Dəmir Yolu Nəqliyyatı Şurasına üzv ölkələrin yük dövriyyəsi ABŞ və Aİ göstəricilərini üstələyir

Bakı. Trend:

MDB Dəmir Yolu Nəqliyyatı Şurasının üzv ölkələrinin yükdövriyyəsi ABŞ və Aİ göstəricilərini üstələyir.

Trend xəbərverir ki, bunu “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru OleqBelozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən83-cü iclasında çıxışında deyib.

“Keçən ilin yekunlarına görə, Şuraya üzv ölkələrin dəmiryollarında yük dövriyyəsi ümumilikdə təxminən 3 trilyonton-kilometr təşkil edib. Bu, ABŞ-nin birinci dərəcəli dəmiryollarının göstəricilərindən 1,3 dəfə, yəni 30% çoxdur və Avropaİttifaqının göstəricilərindən isə demək olar ki, 8 dəfə yüksəkdir”,- deyə o bildirib.

Onun sözlərinə görə, Şuranın daim diqqət mərkəzində dəmiryollarının istismar fəaliyyəti, sərnişin və yük daşımalarınınşəraiti, rəqəmsallaşma, qatar hərəkətinin təhlükəsizliyinin təminedilməsi, uçot və qarşılıqlı hesablaşmalar sistemi, səhiyyə vəsosial sahə, həmçinin elmi-texniki əməkdaşlıq durur.

“Biz irəli gedirik və Şurada müttəfiq dəmir yollarınıniqtisadiyyat və nəqliyyat sahələrində baş verən dəyişikliklərəuyğunlaşmasına kömək edən yeni qarşılıqlı fəaliyyət mexanizmlərinihəyata keçiririk”, – deyə O. Belozyorov vurğulayıb.

Məqalədə:
Chosen
112
az.trend.az

1Sources