EN

ABŞ planında ÇAT – Kiyev üç maddəni RƏDD ETDİ

Ukrayna ABŞ planını qismən qəbul edir, üç əsas maddəyə etiraz var

İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ukrayna hakimiyyəti ABŞ tərəfindən təklif olunan müharibənin bitirilməsi planının böyük hissəsini qəbul etməyə hazırdır, lakin sənəddəki üç əsas bəndlə razılaşmır.

Məlumata görə, Kiyev ordunun sayının məhdudlaşdırılması, NATO üzvlüyündən imtina və ərazi güzəştləri ilə bağlı müddəaları qəbuledilməz hesab edir.

Qalan maddələr üzrə isə Ukrayna tərəfinin razılıq verdiyi bildirilir.

Mənbələr qeyd edir ki, danışıqlar davam edir və tərəflər fikir ayrılığı yaradan bəndlər üzərində məsləhətləşmələri davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources