EN

Polisin saxladığı İbrahim Əsədli tanınmış həkim imiş Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd etdiyinə və digər qanunsuz hərəkətlərinə görə saxlanılan şəxslərdən İbrahim Əsədli həkimdir.

“Qafqazinfo” xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur. O, bir müddət əvvəl onkoloji xəstəlikləri alternativ üsullarla müalicə etməklə bağlı dedikləri ilə gündəmə gəlmişdi.

Daha əvvəl isə İbrahim Əsədli işlədiyi “Loğmed” klinikasındakı kabinetində sevgilisi ilə birlikdə həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunurdu. Həmin vaxt həkimin xanımı mətbuata və polisə onun əməlləri ilə bağlı şikayətlər etmişdi.

Qeyd edək ki, polis əməkdaşları İ.Əsədlinin iş yerinə baxış keçirərkən oradan çoxsaylı ideoloji vasitələr və SSRİ bayraqları aşkar edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
10
qafqazinfo.az

10Sources