EN

Çexiyada antisemitizm hallarının rekord səviyyəyə çatdığı qeydə alınıb

Bakı. Trend:

Çexiyada antisemitizm hallarının rekord səviyyəyə çatdığı qeydəalınıb. Belə ki, artımın tempi zəifləsə də, insidentlərintəhlükəliliyi daha da yüksəlib.

Trend xəbər verir ki, bubarədə Çexiya Yəhudi İcmaları Federasiyası məlumat yayıb. Təşkilatillik hesabatında ötən il ərzində 4694 insident qeydə aldığınıvurğulayıb ki, bu da əvvəlki illə müqayisədə 366 hadisə çoxdur.Artım tempi son illərlə müqayisədə bir qədər zəifləsə də, 2024-cüilin göstəricisi monitorinq aparılan bütün dövr ərzində ən yüksəkrəqəm olub və 2023-cü ilin nəticələrini 8 faiz üstələyib.

Qəzzada müharibənin başlanmasından sonra insidentlərin strukturunəzərəçarpacaq şəkildə dəyişib, belə ki, törədilən faktlar arasındadaha təhlükəli hərəkətlərin payı artıb. Ötən il Çexiyada yəhudilərəvə ya yəhudi obyektlərinə qarşı dörd fiziki hücum baş verib,halbuki əvvəlki dörd il ərzində polis cəmi iki belə hadisə qeydəalmışdı.

Eyni zamanda təşkilat vurğulayır ki, statistika yalnız açıqmənbələrə əsaslanır, bu isə real insidentlərin sayının daha çox olabiləcəyini göstərir. Bununla belə, federasiyanın sədri PyotrPapouşek qeyd edir ki, Çexiya hələ də “yəhudi icması üçün əntəhlükəsiz ölkələrdən biri” olaraq qalır. O bildirib ki, ötən il“antisemitizmin normallaşması” adlandırdığı tendensiya daha damöhkəmlənib. Onun sözlərinə görə, İsrailə qarşı düşmənçilik radikalsağçıların, ultra-sol qrupların və dezinformasiya şəbəkələrininqeyri-adi şəkildə yaxınlaşmasına səbəb olub.

İlin ən ciddi hadisələrindən biri yanvar ayında Brno şəhərindəsinaqoqu yandırmaq cəhdi olub. Əldəqayırma partlayıcı qurğu işədüşməsə də, polis bu insidenti radikal dini ideologiyadanilhamlanan terror aktına cəhd kimi qiymətləndirib. Federasiya buhadisəni Çexiyada onlayn radikallaşmanın yəhudi icmasına qarşı realhücum cəhdinə gətirib çıxardığı ilk nümunə kimi dəyərləndirib.

Chosen
12
2
az.trend.az

5Sources