EN

Qurbanov Medinanın əvəzlənməsindən danışdı

"Məğlubiyyətə baxmayaraq, oyunçularımın çıxışından razıyam".

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasını oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibin baş məşqçisi Antonio Konteni təbrik edirəm. Biz hər oyundan zövq almalı və özümüzə inanmalıyıq. Oyun gözlənildiyi kimi keçdi. Futbolçularıma deyəcək heç bir sözüm yoxdur. Bəzi əvəzetmələr vacib oyunlarda həlledici ola bilər. Kevin Medina sona qədər meydanda qalsaydı, bəlkə futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət "Napoli"nin olmalı idi", - deyə Qurbanov bildirib.

Chosen
28
2
publika.az

10Sources