EN

Bu gün Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyevin DOĞUM GÜNÜDÜR


Bu  gün  Azərbaycan-Avar İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı Siyasi Şurasının üzvü, ölkənin şimal-qərb bölgəsinin nüfuzlu şəxslərindən biri olan hörmətli Məhəmməd Nooyevin anadan olduğu  gündür.

Məhəmməd  Əsədulla  oğlu  Nooyev  Balakən rayonunun Qabaqçöl qəsəbəsində anadan olmuşdur. İki ali təhsil almış Məhəmməd Nooyev uzun illər doğma rayonunda iqtisadiyyatın müxtəlif sahələrinə rəhbərlik etmişdir.

Sonrakı illərdə Nooyev “Azərittifaq”ın Mərkəzi Aparatında və Taxıl Məhsulları Dövlət Şirkətində rəhbər vəzifələrdə çalışmışdır. O, hazırda İqtisadiyyat nazirliyində məsul vəzifədə işləyir.

Məlumat üçün bildirək ki, ötən əsrin 93-95--cı illərində, yəni çətin dövrdə ölkənin taxıl məhsulları ilə təmin olunmasında M.Nooyevin xüsusi xidmətləri olub. Məhəmməd Nooyev Azərbaycan dövlətçiliyinə, Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin siyasi kursuna sadiqliyi ilə fərqlənmişdir. İctimai-siyasi həyatda çox fəal olan Məhəmməd Nooyev çoxmillətli ölkəmizdə milli münasibətlərin qorunmasına da öz töhfəsini vermişdir.

Bir neçə gün əvvəl Beynəlxalq tolerantlıq günündə Azərbaycan multukulturalizm modelinin ölkə daxilində və xaricdə təbliğ və təşviqi üçün  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Nooyevi Fəxri Diplomla təltif etmişdir.

Məhəmməd müəllim bütün xidmətləri ilə yanaşı gözəl ailə başçısı, dəyərli valideyn, həm də mehriban babadır. Onun övladları da atalarının yolunu layiqli davam etdirirlər.

Biz də öz adımızdan Məhəmməd Nooyevi  doğum  günü  münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və ölkəmizin ictimai-siyasi həyatında uğurlar arzulayırıq. 



 




Chosen
38
nuh.az

1Sources