EN

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

1667-ci il noyabrın 25-də Şamaxı zəlzələsi zamanı 80 000 adamın həlak olduğu və şəhərin üçdən birinin dağılması ilə ən pis zəlzələ kimi yadda qalmışdır. Bu fəlakət Azərbaycan tarixinə ən güclü və dağıdıcı zəlzələlərdən biri kimi tarixə düşüb, zəlzələnin gücünün 6.9 bal gücündə olduğu təxmin edilir.Azərbaycan zəlzələyə nə dərəcədə dayanıqlıdır? Hansı ərazilərimiz zəlzələ zonasındadır? Hansı tədbirlər alınmalıdır və hansı məsul qurumlar bu məsələdə diqqətli olmalıdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, Azərbaycanda zəlzələ ocaqları aktivdir, amma o dərəcədə intensiv deyil: “Şamaxıda baş verən güclü zəlzələ ən azından bütün bu instrumental məlumatların yaradılması Azərbaycanda məhz o zəlzələdən sonra baş verdi. Amma ən güclü zəlzələ 1902 - ci ildə idi. Bu Azərbaycan üçün XX əsrin maqnitudası 6.9 (±0.2) kataloqlara əsasən 1902- ci ildən sonra Azərbaycanda stansiyaların qurulmasına ehtiyac yarandı. Növbəti ildə ilk stansiya, məhz zəlzələdən sonra quruldu. Zəlzələ nəticəsində böyük tələfatlar oldu, insanlar həlak oldu və sonra bu zəlzələ tarixlərə düşdü, müxtəlif mənbələrdə öz əksini tapdı”.

Qulam Babayev vurğulayıb ki, Azərbaycan seysmik və tektonik aktiv olan bir ölkədir: “Ümumiyyətlə, hər zaman qeyd edirəm ki, burada mütəmadi olaraq hiss olunan və hiss olunmayan zəlzələlər baş verir. Azərbaycan zəlzələyə məruz qalan ölkə sayılır. Həmçinin ətrafı da seysmik ocaqlarla zəngindir. Bu, böyük bir zolaqdır. Türkiyədən Xəzər dənizinə qədər daxil olmaqla nəhəng bir tektonik ərazidir. Türkiyədəki olan zəlzələ ocaqları təbii ki, bizim ocaqlardan aktivdir və intensivdir. İranda yerləşən ocaqlar da geri qalmır. Bizdə zəlzələ ocaqları aktivdir, amma o dərəcədə intensiv deyil. Bir neçə məsələlərə görə bu geoloji, geodinamik, vəziyyətə görə bu öz yerində. Amma yerdəyişmə prosesləri, yerdəyişmə effekti Türkiyədən, İranı götürsək o dərəcədə intensiv deyil. Baxmayaraq ki, Azərbaycanın öz seysmik ocaqları var, burada güclü, dağıdıcı zəlzələlər istisnadır. Bu Şamaxı-İsmayıllı seysmik ocağıdır, Şəki, Qəbələ, Oğuz, Quba, Şabran ərazisi zəngin tektonik qırılamalar, tektonik pozuntular mövcuddur. Talış seysmik zonası özünə görə seysmik ərazi kimi səciyyələnir. Eyni ilə Kiçik Qafqazın şimal yamacı – Gəncə ətrafı, Mingəçevir, Şəmkir ərazisi. Qarabağın zonası seysmik aktiv zona sayılır. Şuşa ocağı, Hadrut ocağı, Laçın, Kəlbəcər hamısı seysmik aktiv ocaqlar kimi səciyyələnir. Naxçıvan MR -nın ərasi özü də seysmik aktiv ərazidir. Xəzər dənizi nəhəng, seysmik ocaqlarla zəngin, geoloji-tektonik və geodinamika baxımından mürəkkəb bir regiondur. Burada bir neçə seysmik pozuntular, seysmik cəhətdən aktiv ərazilər, tektonik qırılmalar mövcuddur və beləliklə seysmik ocaqlarla zəngin bir ərazidir. Amma buna baxmayaraq digər ölkələrlə müqayisədə bizdə orta seysmik fon kimi səciyyələnir”.

Qulam Babayev qeyd edib ki, zəlzələnin proqnozu mümkün deyil: “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində tikinti agentliyi var və agentliyin öz elmi-tədqiqat üsulu var. Dayanıqlı konstruksiyalar -ordan tədqiqat aparılır. Evlər binalar inşa olunur. Bütün seysmik nəzarət orada həyata keçirilir. Mən tikinti mütəxəssisi deyiləm, o işin içindi deyiləm, amma onların məlumatlarına, hesabatlarına, çıxışlarına arxalansaq seysmik vəziyyət nəzərə alınır.

Zəlzələnin proqnozu mümkün deyil. Zəlzələnin proqnozu bir neçə kateqoriyaya bölünür. Qısamüddətli, ortamüddətli, uzunmüddətli. Bir də ekstrim var- daha tez bir saniyə içərisində telefona xəbər gəlir. Amma o zəlzələ baş verəndən təxmini 8 saniyədən sonra smart telefona məlumat gəlir. Seysmik alətlərin xüsusi süni intellektlə bağlı olan daçiklər, qeydiyyat qurğularıdır onlar məlumatı 8 saniyədən sonra, bəzi hallarda 8 saniyə qabaq (zəlzələdən qabaq) məlumat telefona çatır, amma 8 saniyə heç nədir, 8 saniyə sadəcə məlumat oxumaqdır. Qısamüddətli zəlzələnin gücü, dərinliyi, yeri və zamanı demək mümkün deyil. Orta miqyaslı və uzunmüddətli mümkündür. Müəyyən seysmik müjdəçilər, seysmik parametrlərin təhlili nəticəsində demək olur.

Orta müddətli və uzunmüddətli təhlil aparılır və nəticədə demək olar ki, hiss olunan zəlzələ baş verə bilər. Hiss olunmayan zəlzələ isə hər gün baş verir. Bunu biz hiss etmirik onu cihazlar qeydə alır. 1.2 ; 1 maqnitudalı, 2 maqnitudalı hadisələr baş verir.

Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilməsi xəritəsi və seysmik riskin xəritəsi mütləq şəkildə artıq çözülməlidir, bütün bu işlər həyata keçirilməlidir. Seysmik təhlükənin qiymətləndirilməsi özü zəngin bir elmi tədqiqat işidir. Bunu müasir yanaşma ilə, yeni məlumatlar əsasında özünün seysmik təhlükə xəritəsinin çəkilməsinin zamanı gəlib çatıb və həmçinin riskin xəritəsi çəkilməsi zamanı gəlib çatıb. Seysmik risk özündə müxtəlif parametrləri ehtiva edir. Nəinki seysmik təhlükəni parametrlərə -orda əhalidir, binaların yerləşməsidir, əsas obyektlərdi və s. bütün bu parametrlər nəzərə alınmalıdır, seysmik risk xəritəsi çəkilməlidir. Burda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, Geologiya Fizika İnstutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin əməkdaşları, digər aidiyyəti qurumlar seysmik təhlükənin və riskin xəritəsinin çəkilməsində mütləq şəkildə aktiv olmalıdırlar, təbii ki, bu məsələ diqqətdə olmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
bizimyol.info

1Sources