EN

UN-Habitat və Azərbaycan WUF13-ün hazırlıq prosesini Nayrobidə media ilə bölüşüb (FOTO)

Bakı. Trend:

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və AzərbaycanRespublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,WUF13-ün milli koordinatoru Anar Quliyev bu gün KeniyaRespublikasının paytaxtı Nayrobidə beynəlxalq mediaya 17-22 may2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun OnÜçüncü sessiyasına (WUF13) hazırlıqlar barədə məlumat veriblər.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və ArxitekturaKomitəsindən məlumat verilib.

Bildirilib ki, WUF13 Yeni Şəhər Gündəliyinin ortamüddətli icrasıbaxımından vacib qlobal dəyərləndirmə platforması olacaq.

Bu sessiya Azərbaycanın Respublikasının Keniya və Konqodafövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daiminümayəndəsi Sultan Hacıyevin moderatorluğu ilə həyatakeçirilib.

A. Rossbax WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz vədayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunun aktuallığınıvurğulayaraq qeyd edib: “Bu qlobal kontekstdə WUF13 sadəcə birkonfrans yox, həm də Yeni Şəhər Gündəliyi və BMT-nin dayanıqlışəhər və cəmiyyətlər üzrə Dayanıqlı İnkişaf Məqsədi üçün mühüm birdəyərləndirmə platformasıdır. Bu Forum üzv dövlət və tərəfdaşlaraiqlim böhranı ilə sıx əlaqəli olan qlobal mənzil böhranının həlliistiqamətində öhdəliklərin icrasını qiymətləndirməyə, boşluqlarımüəyyənləşdirməyə və qarşıdakı onillik üçün prioritetləriformalaşdırmağa imkan verəcək”.

O, 2026-cı ilin qlobal şəhər gündəliyi üçün mühüm il olduğunu dadiqqətə çatdırıb.

Rossbax əlavə edib ki, WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyiüzrə nazirlər görüşü keçiriləcək, nəticələr isə 2026-cı ilin qlobalqiymətləndirmə proseslərinə daxil ediləcək. Həmçinin WUF13-də“Dünya şəhərləri üzrə 2026-cı il hesabatı” da təqdim olunacaq.

WUF13-ün milli koordinatoru Anar Quliyev ev sahibi ölkə kimiAzərbaycanın irəli sürdüyü yeni təşəbbüsləri təqdim edərək, ilkdəfə keçiriləcək Liderlərin Zirvə Görüşünün qlobal şəhərsalmaprioritetləri üzrə yüksək səviyyəli siyasi dialoq üçün xüsusiplatforma olacağını bildirib. O, şəhərlərin və yerli idarəetmələrinmüzakirələrin formalaşmasındakı rolunu vurğulayıb, həmçinininnovasiyalar, iqlimə uyğun tikinti və müasir mənziltexnologiyalarının təşviqində özəl sektorun geniş iştirakınınəhəmiyyətini qeyd edib.

A. Quliyev bildirib: “WUF13 üzrə hazırlıq işləri tam sürətlədavam edir. Biz bu Forumu dayanıqlılıq, müyəssərlik vətəhlükəsizlik prinsiplərinə əsaslanan dünya səviyyəli bir tədbirkimi təşkil etmək üçün bütün təşkilati, logistika və əməliyyatməsələlərini koordinasiyalı şəkildə həyata keçiririk”.

Qeyd edək ki, Keniya Respublikasının paytaxtı Nayrobi şəhərindətəşkil olunan bu media brifinqi UN-Habitat-ın İcraiyyə Şurasının3-cü sessiyası çərçivəsində keçirilib.

UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
Chosen
31
3
az.trend.az

4Sources