EN

Sadiq Qurbanov: “Kəlbəcər Azərbaycanın qədim tarixinin bir parçasıdır”

25 noyabr Kəlbəcər şəhər günü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib ki, Kəlbəcər Azərbaycanın qədim tarixinin bir parçasıdır. Kəlbəcər tarixi arxeoloji baxımdan ciddi tədqiqat obyekti olan və qədim tariximizi özündə əks elətdirən bir yaşayış məskənidir:

"Kəlbəcərin infrastrukturunun intensiv şəkildə bərpa olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Odur ki, biz bu yaşayış məskəninin tezliklə yenidən formalaşacağına və əhalinin tez bir müddətdə öz doğma yurdlarına qayıdacağına inanırıq".

Chosen
2
qht.az

1Sources