EN

Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilib (FOTO)

Bakı. Trend:

2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzvölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində davamedib.

Trend xəbər verir ki,salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərəDövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildiribki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakteralmaqdadır: “Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali KiprTürk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyətgöstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələrhəyata keçirmişik.

Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan,Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıqforumlarını, COP29 çərçivəsində Bakıda keçirilən “TürkDövlətlərinin Vətəndaş Cəmiyyəti forumu”nu misal gətirə bilərik.Dünən isə ilk dəfə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I ƏməkdaşlıqForumu” baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezlikləQazaxıstanda da reallaşdıra biləcəyik”.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki,2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə TürkDövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin HəmrəylikForumunun keçirməsi rəmzi məna daşıyır: “Naxçıvanın vətəndaşcəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığıngenişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanınQHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştiraketməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyükhəvəs göstərirlər”. Ceyhun Cəlilov onu da vurğulayıb ki, Zəngəzurdəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerjivə kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işlərisürətləndirilib və artıq son mərhələyə keçilib: “AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin Naxçıvana göstərdiyiardıcıl diqqət və qayğı bu qədim diyarın inkişafını sürətləndirənbaşlıca amildir. Məhz bu diqqətin nəticəsi olaraq Naxçıvan bu güntəkcə region səviyyəsində deyil, bütövlükdə Türk coğrafiyasındayeni inkişaf modelinin nümunəsinə çevrilir”.

Azərbaycan Respublikası Prezidentinin AdministrasiyasınınQHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorununmüdiri Tural Əliyev qeyd edib ki, bu gün qədim Naxçıvan torpağındaTürk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahidplatformaya çıxır: “Bu, bütün Türk dünyasının fərəhli, tarixigünüdür, böyük xoşbəxtlikdir! Biz ümumi işimizlə elə etməliyik ki,qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan,Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr TürkRespublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasətivə digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfliəsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfiolaraq, biz bu istiqamətdə həmkarlamızla işçi danışıqlara günü bugün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə,təşəbbüsləri dəyərləndirməyə hazırıq”. T.Əliyev Bakıda başlananprosesinin davamlı olacağına inandığını bildirib: “İlk dəfə baştutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərininHəmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətintəşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzuedirik”.

Daha sonra forum panel müzakirələrlə davam edib.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Məqalədə:
Chosen
19
13
az.trend.az

10Sources