EN

Qarabağ ın U 19 komandasının Napoli ilə oyunu bərpa olunub Yenilənir

ain.az, Qol.az saytına istinadən bildirir.

"Qarabağ"ın U-19 komandasının "Napoli" ilə oyunu bərpa olunub - Yenilənir

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.

QOL.az xəbər verir ki, İtaliyada oynanılan başlayan güclü leysan oyunun davam etdirilməsinə mane olub. Matçın 61-ci dəqiqəsində oyun dayandırılıb. ***

Bir neçə dəqiqəlik fasilədən sonra görüşün çexiyalı baş hakimi Dominik Starı oyunun bərpa edilməsi barədə qərar verib. 

Qeyd edək ki, oyun dayandırılan anda meydan sahibləri 1:0 hesabı ilə öndə olublar. Hesabı 4-cü dəqiqədə Kristian Raggioli açıb.

Xatırladaq ki, "Qarabağ" və "Napoli"nin əsas komandaları arasında qarşılaşmanın isə bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlaması nəzərdə tutulub. Amma daha əvvəl İtaliya mediası əsas komandalar arasındakı bu matçın əlverişsiz hava şəraitinə görə təxirə salınma ehtimalı olduğunu yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
3
qol.az

7Sources