EN

İran rəsmisi: Tehranın hava çirkliliyinin 22%-i motosikletlərdən qaynaqlanır

İran hakimiyyəti bildirib ki, İranın paytaxtı Tehranda hava çirkliliyinin 22%-ni motosikletlər təşkil edir. Bu barədə İranın IRNA xəbər agentliyi Tehran Şəhər Şurasının sədri Mehdi Çəmrana istinadən məlumat yayıb.

"Tehranın hava çirkliliyinin 22%-i motosikletlərdən qaynaqlanır. Motosikletlərin elektrik modellərinə keçirilməsi çirklənmənin azaldılması və təhlükəsizliyin artırılması üçün təsirli bir addım olacaq", - Çəmran deyib.

Aprel ayının əvvəlində İran Polis Baş İdarəsinin Yol Hərəkəti Koordinasiya İdarəsinin rəis müavini Məhəmməd Baqir Səlimi Tehranda 4 milyondan çox motosiklet olduğunu, bunların 92%-nin köhnə model təşkil etdiyini və bir çoxunun qeydiyyatdan keçmədiyini bildirib.

Hava çirkliliyi səbəbindən Tehran məktəblərində dərslərin 25-26 noyabr tarixlərində distant şəkildə keçiriləcəyi bildirilib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources