EN

Mikayıl Cabbarov Pakistanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəriçərçivəsində keçirilmiş görüşlərdə iqtisadi sahədə işbirliyiningücləndirilməsinə dair müzakirələr aparılıb.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliketdiyi Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasınasəfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib,tərəfdaşlığa dair müzakirələr aparılıb.

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmmədİshaq Dar ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsindəinvestisiya tərəfdaşlığının önəmi vurğulanıb. Həmçinin ikitərəfliiqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub. Ticarət,enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgəfəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.

Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasınınmilli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdəenerji, sərmayələr və digər istiqamətlər üzrə münasibətləringücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektorunasərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınınınartırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasındaişgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsiaparılıb.

Chosen
29
4
az.trend.az

8Sources