EN

Azərbaycan nümayəndə heyəti “UN-Habitat”ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti25-26 noyabr 2025-ci il tarixlərində Nayrobidə (UNON) keçirilənUN-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirakedir.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindənməlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin, Azərbaycan Respublikası PrezidentAdministrasiyasının və Xarici İşlər Nazirliyinin təmsilçiləridaxildir.

Sessiyanın ilk günü tədbirə qatılan nümayəndələr UN-Habitat-ıntəşkilati, maliyyə, proqram və inzibati məsələlərinin müzakirəsindəiştirak edib.

Bununla yanaşı, iclas çərçivəsində “Hər Kəs üçün Münasib Mənzil”qətnaməsi üzrə Hökümətlərarası İşçi Qrupun həmsədrlərinin çıxışıbaş tutub.

Anar Quliyev Azərbaycan və Somali tərəfindən yeni seçilmişhəmsədrlərin mövqeyini təqdim edib. Həmsədrlik mandatı ölkələrə2025-ci ilin oktyabrında keçirilmiş ikinci sessiyanın qərarınaəsasən verilib.

Anar Quliyev İşçi Qrupunun qlobal mənzil siyasətinə töhfəsinivurğulayaraq, Azərbaycan və Somalinin qarşıdakı dövrdə həyatakeçirəcəyi əsas istiqamətləri diqqətə çatdırıb. O, həmçinin ikincisessiyanın nəticələri, görülmüş işlər və növbəti mərhələninprioritetləri barədə məlumat verib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
59
az.trend.az

1Sources