EN

Samirə Əfəndi Akif Nağını məhkəməyə verir – VİDEO

Avroviziya təmsilçimiz Samirə Əfəndi onu təhqir edən Azad Vətən Partiyasının sədri Akif Nağıdan məhkəməyə şikayət edəcək.


Yenilik.az xəbər verir ki, bu barədə müğənni qonaq olduğu verilişlərin birində məlumat verib.
“Mən cənab Prezidentimizin qurduğu sülh siyasətinin ardınca gedirəm və onu layiqli şəkildə təbliğ etmək istəyirəm, dəstəkləyirəm. Başa düşürəm, hamımız üçün ağırdır, elə bilirsiniz ki, mənim üçün asan idi orada oturmaq?! Tənqidləri normal, adekvat şəkildə anlayıram. Lakin mənim şəxsiyyətimə, ailəmə qarşı yönələn heç bir təhqir cavabsız qalmayacaq. Kimliyindən asılı olmayaraq, onların hər biri qanun qarşısında cavab verəcək.

Həmin partiya sədrini də bu gün məhkəməyə verəcəm. O məni intenetdə, milyonlarla insanın qarşısında təhqir etdi. 68 yaşlı partiya sədri insanları qıcıqlandırmaq yerinə, onları sülhə yönəltməlidir”, - deyə Samirə Əfəndi bildirib.

Qeyd edək ki, Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndiyə divan tutmağa çağırış edib. Siyasətçi sosial şəbəkə hesabında müğənnini təhqir edib.

Chosen
34
1
yenilik.az

10Sources