Ələt azad iqtisadi zonası üçün yeni torpaq sahəsi alınacaq.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti
Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görməlidir.