EN

Cəlilabadda təhlükə: 10 kv-luq elektrik xəttləri evin yanından keçir

Cəlilabadda 10 kv-luq elektrik xəttləri evin 4 metrliyindən keçir.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Söyüdlü kəndində 10 kV-luq elektrik xəttləri kənd sakini Anar Şahverənova məxsus evin 4 metrliyindən keçir.

Ev sahibi deyir ki, bu açıq aşkar təhlükə mənbəyidir. Bundan başqa o, yeni tikdirdiyi ev üçün hər hansı bir sənəd almaq üçün problemlə qarşılaşacaq.

“Tikinti gedir. Qısa zamanda bitəcək. Amma mən evin texniki pasportunu (kupça) ala bilməyəcəyəm. Müraciət etmişik. Gəlib baxan yoxdur”.

Ev sahibi onu da qeyd edir ki, əgər məsələ qısa müddətdə öz həllini tapmasa, Bakı şəhərində 4 nəfərin ölümünə səbəb olan o hadisə, burda da yaşana bilər.

Chosen
52
nocomment.az

1Sources