EN

ABŞ-a məxsus PUA Cənubi Koreyanın sahil sularına düşüb

Pekin, 25 noyabr, AZƏRTAC

ABŞ hərbi hava qüvvələrinə məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (PUA) Cənubi Koreyanın qərb sahillləri yaxınlığında qəzaya uğrayaraq suya düşüb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, rutin uçuşu yerinə yetirən PUA ABŞ-ın Cənubi Koreyanın Kunsan şəhərindəki hərbi bazasında qeydiyyatda olub. Hərbi bazadan verilən açıqlamaya görə, uçuş zamanı səhər 4:35-də PUA-da insident baş verib. Hazırda qəza yerində PUA-nın qalıqlarının axtarışları aparılır.

Qeyd edək ki, ABŞ sentyabrda Kunsan hərbi bazasında PUA-ların cəlb olunduğu kəşfiyyat bölməsi yaradıb. Kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə qadir olan “Reaper” aparatalarının uçuş məsafəsi təxminən 1850 kilometrdir.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
34
2
azertag.az

3Sources