EN

Gündə 20 dəqiqə yatmaq beyni 6 il cavanlaşdırır – ARAŞDIRMA

Gündüz yuxusu beynin yaşlanmasını 3–6 il ləngidir.

İnterpress.az xəbər verir ki, bu barədə yeni araşdırmada məlumat verilib.

Tədqiqatçılar müəyyən edib ki, günorta saatlarında qısa müddət yatan insanların beyni həm daha gümrah olur, həm də yaşlanma prosesi 3–6 il yubanır.

Bu qrupda yaddaş, reaksiyanın sürəti və ümumi idrak funksiyaları digər insanlara nisbətən daha yüksəkdir.

Mütəxəssislər bildirir ki, bunun üçün uzun müddət yatmağa ehtiyac yoxdur — cəmi 15–30 dəqiqəlik gündəlik “mini yuxu fasiləsi” beynin həddindən artıq yüklənməsinin və stressin qarşısını alır, günü daha produktiv edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
48
interpress.az

1Sources