EN

Azərbaycan keşyu fındığı idxalını artırdı

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 312 ton keşyu fındığı idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycana Vyetnamdan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çox) 247 ton (+34 %), Qanadan 202 min ABŞ dolları dəyərində 25 ton (1 il əvvəl tədarük olmayıb), Hindistandan 165 min ABŞ dolları dəyərində (-33 %) 21 ton (-32 %), Benindən 92,5 min ABŞ dolları dəyərində 11,3 ton (1 il əvvəl tədarük olmayıb), Özbəkistandan 21 min ABŞ dolları dəyərində 8 ton məhsul gətirilib.

Azərbaycan 9 il 8 aylıq aradan sonra Özbəkistandan keşyu fındığının tədarükünü bərpa edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
45
metbuat.az

10Sources