EN

Rusiya ordusu Ukraynada daha bir kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin İvanopil kəndini nəzarətə götürüb.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaşayış məntəqəsi "Cənub” qüvvələr qrupunun bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində ələ keçirilib.

Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.

Daşqın HəsənovMissiya.Az

Chosen
67
1
missiya.az

6Sources