EN

Həkimlər: Gündə iki dəfə üzü yumaq dərini qocaldır

Gündə iki dəfə üzü yumaq dərini qocaldır.

Interpress.az xəbər verir ki, bu barədə həkimlərin açıqlamaları yayılıb. Mütəxəssislər mikrobiomun qorunması üçün yalnız gündə bir dəfə yuyunmağı tövsiyə edir.

Mütəxəssislərin sözlərinə görə, səhər və axşam tez-tez üzü yumaq dərinin qocalmasını sürətləndirir. Səbəb – dəri səthində yaşayan və onu qocalmadan və zədələrdən qoruyan Acinetobacter bakteriyasının tez-tez yuyunma ilə tamamilə aradan qaldırılmasıdır.

Həkimlər bildirir ki, sağlam dəri mikrobiomunu qorumaq üçün gündə yalnız bir dəfə üzü yumaq, həmçinin düzgün qidalanmaq və yaxşı yuxu rejimini qorumaq lazımdır.

Xuraman Etibarlı

Interpress.az

Chosen
41
interpress.az

1Sources