EN

Mobil nömrələrin ləğvi bank məlumatlarını risk altına alır – “Yeni istifadəçi həmin nömrəni alarsa...”

Mobil nömrənin aktivliyi balansa müəyyən məbləğin yüklənməsindən və ya tarifin abunə haqqının ödənilib-ödənilməməsindən asılıdır. Əks halda nömrə aktivliyi ləğv edilir və müəyyən zaman keçdikdən sonra bərpa edilmədiyi təqdirdə satışa çıxarılır. Mobil nömrə həm də virtual platformalarda qeydiyyatdan keçmək üçün də əhəmiyyət kəsb edir. Əgər şəxs bank xidmətlərindən, mobil bankçılıqda şəxsi nömrə ilə qeydiyyatdan keçibsə, nömrənin deaktiv olub satışa çıxarıldığı təqdirdə nömrənin keçmiş sahibinin şəxsi məlumatları və bankla bağlı həyata keçirdiyi əməliyyatların təhlükəsizliyi risk daşıyır.

 

Mövzuyla bağlı banklardan Pravda.az-a bildirilib ki, bunun üçün şəxs mobil nömrəsini nəzarətdə saxlamalıdır, əks halda müəyyən hallarda bank hesablarının təhlükəsizliyi risk altına düşə bilər.

 

“Bir çox hallarda bank və xidmət bildiriş, birdəfəlik kodlar mobil nömrəyə bağlı olur. Yeni istifadəçi həmin nömrəni alarsa, SMS-lər və ya təsdiq kodları ona gələ bilər. Vətəndaşın şəxsi mobil nömrəsi bağlanılıb və ya başqasına satılıbsa, təhlükədən qorunmaq üçün bank kartındakı 3D təhlükəsizlik kodu dəyişilməlidir. Şəxs dəyişə bilmədiyi halda, bank işçilərinə müraciət edə bilər. Bununla yanaşı mütləq şəkildə bank kartında qeyd olunan müvafiq bölmədə köhnə nömrə silinərək yeni nömrə qeyd edilməlidir”.

 

Şəhanə Quliyeva

Tarix: 25 Noyabr 2025, 08:30   
Chosen
52
2
pravda.az

3Sources