EN

Şakira qırmızı xalçada özünü itirdi: Qəfil gəlib ətəyindən yapışdı FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Dünyaca məşhur müğənni Şakira "Zootopia 2" filminin dünya premyerasında oğulları ilə birlikdə qatılıb. Libasının ətək hissəsinin yaratdığı "riskli" görüntülər səbəbindən stilisti dəfələrlə ətəyi düzəltmək məcburiyyətində qalıb. 

Milli.Az xəbər verir ki, 48 yaşlı ulduz "Zootopia 2"-də yenidən "Gazelle" obrazını səsləndirib və Los Angelesdəki premyerada pərəstişkarları ilə görüşüb. Şakiraya bu xüsusi gecədə 12 yaşlı oğlu Milan və 10 yaşlı Saşa da yoldaşlıq edib.

Şakiranın paltarının ətək hissəsi və uzun yarığı kameralar qarşısında dəfələrlə "riskli" vəziyyət yaradıb. Stilist bu səbəbdən dəfələrlə ətəyi tutub düzəltmək məcburiyyətində qalıb.

Sosial mediada yayılan videolarda stilistin düz 4 dəfə əyilib qalxaraq ətəyi tənzimlədiyi, Şakiranın isə bu anlarda üzündə gərgin ifadə yarandığı görünür. Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
news.milli.az

10Sources