GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş SSRİ milli komandasının futbolçusu Nikita Simonyanın vəfatı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.
Globalinfo.az xəbər verir ki, teleqramda deyilir:
“Əfsanəvi futbolçu, Əməkdar Məşqçi və İdman Ustası, dördqat SSRİ çempionu Nikita Pavloviç Simonyanın vəfatı xəbərini dərin kədərlə qarşıladım. Görkəmli oyunçu adını Ermənistan və Sovet futbolunun tarixinə qızıl hərflərlə həkk etdi. Məhz onun rəhbərliyi altında “Ararat” komandası çempion oldu və iki dəfə – 1973 və 1975-ci illərdə – SSRİ Kubokunu qazandı – Ermənistan xalqına unudulmaz qürur hissi bəxş etdi”, – deyə Paşinyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.