EN

Adolf Hitler seçkilərdə qalib gələ bilər FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Namibiyanın 59 yaşlı siyasətçisi Adolf Hitler Uunona 2004-cü ildən bəri rəhbərlik etdiyi Ompundja rayonunda keçirilən regional seçkilərdə beşinci dəfə namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, ilkin hesablamalara görə, Uunona yenidən seçilmək üçün favoritdir.

Siyasətçi qeyd edib ki, onun nasist ideologiyası ilə heç bir əlaqəsi yoxdur.

Qeyd olunur ki, atası Adolf Hitler adının tarixi kontekstindən xəbərsizdir.

Adolf digər alman adları kimi, vaxtilə Almaniyanın müstəmləkəsi olan ölkələrdə nadir sayılmır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
112
globalinfo.az

1Sources