Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sabah Naxçıvanda "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu" keçiriləcək.Bizim.Media xəbər verir ki, forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və xarici qonaqlar iştirak edəcəklər.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.