EN

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlandı

Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb.Metbuat.az xəbər verir ki, bu fikirləri noyabrın 24-də Xankəndi şəhərində "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş "Səyyar Gənclər Xidməti" layihəsinin Qarabağ Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov səsləndirib. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam etdiyini, regionda infrastruktur layihələrinin də intensiv şəkildə həyata keçirildiyini, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemlərinin qurulduğunu vurğulayıb.Sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb.Bundan başqa gənclərin sosial fəallığının və təhsilinin ölkənin davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov, Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər.

Chosen
22
32
metbuat.az

10Sources