Bakı. Trend:
Xəbər verildiyiyi kimi, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə vədigər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın24-də davam etdirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarəttərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim GünelSəmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilindətərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təminolunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.
Trend xatırladır ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı RubenVardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılmışdır.