EN

ABŞ Ukrayna ilə bağlı planını 28-dən 19-a ENDİRİB

Amerikanın Ukraynadakı münaqişənin həlli planı Cenevrə danışıqlarından sonra 28-dən 19-a endirilib, lakin Vaşinqton hələ də bunu gələcək danışıqlar üçün əsas hesab edir.

Busaat.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) yazıb.

Onun mənbələrinə görə, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşdən sonra sənəd layihəsi bazar ertəsi günü 28 bənddən 19-a endirilib.

Nəşrin yazdığına görə, bəndlərin yekun sayı hələ razılaşdırılmayıb, lakin tərəflər həftə sonu yayılan ayrı-ayrı Avropa sənəd layihəsini deyil, hələ də Amerikanın ilkin təklifini əsas götürürlər.

Mənbə qeyd edib ki, ABŞ avropalı müttəfiqlərinin təkliflərini faydalı hesab edir. Bununla belə, o əlavə edib ki, Vaşinqton hələ də hesab edir ki, gələcək məsləhətləşmələr Amerikanın ilkin planına əsaslanmalıdır.

Yeganə

Chosen
37
busaat.az

1Sources