EN

Türkiyəli professor: Ankara üçün Orta Dəhliz öz mərkəzi mövqeyini daha da gücləndirən strateji bir layihədir - ŞƏRH

Bakı, 24 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanılması çox vacibdir. Ermənistan ilə münasibətlərin normallaşmasının ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin funksional hala gəlməsinə onun verəcəyi töhfədir.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyənin İstanbul Nişantaşı Universitetinin professoru Vişne Korkmaz deyib.

“Bu dəhliz, Orta Dəhliz kontekstində regional əməkdaşlığı dərinləşdirəcək. Ankara üçün Orta Dəhliz öz mərkəzi mövqeyini daha da gücləndirən strateji bir layihədir”, - deyə o diqqətə çatdırıb.

Professorun fikrincə, Zəngəzur dəhlizinin işə düşməsi, Türkiyənin əlaqələndirmə vasitəsilə Qafqaza və daha sonra Mərkəzi Asiyaya birbaşa çıxışını təmin edərək regional təsir dairəsini genişləndirəcək.

“İrəvan ilə əlaqələrin funksionallıq üzərindən yaxşılaşması və qarşılıqlı asılılıqların yaranması, Türkiyə-Ermənistan münasibətlərinin diaspora və ya radikal ünsürlər tərəfindən “girov” götürülməsinin qarşısını alır”, - deyə Vişne Korkmaz bildirib.

Chosen
40
azertag.az

1Sources