BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.
Teleqraf xəbər verir ki, noyabrın 24-də Parisdə ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə ölkəmiz 5 namizəd ölkə arasında ən yüksək səs toplayıb.
Azərbaycan seçkilərdə 92 səs toplayaraq, 28 səs toplayan Çexiyanı, 21 səs toplayan Ermənistanı, 11 səs toplayan Polşanı və 9 səs toplayan Sloveniyanı üstələyib.