EN

Ceyhun Bayramov İtaliyaya rəsmi səfərə yola düşüb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Busaat.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Chosen
17
31
busaat.az

10Sources