Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində noyabrın 25-27-də nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşləri, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.