EN

“8-ci km” bazarında qanunsuz quş kəsimi və sanitariya qaydalarının pozulması aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilənnövbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu,Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimitanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazardaplandankənar yoxlama aparılıb.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilir ki, nəzarət tədbirləri zamanı süd və südməhsullarının, müxtəlif növ turşuların və diri balıqların satışbölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducuavadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən vəbaytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışaçıxarıldığı müəyyən edilib.

Eyni zamanda, bazarın daxilində diri quşların satışı vəkəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlananfaktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı,ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır.

Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsindəinzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısamüddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlərverilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerininfəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

“8-ci
“8-ci
“8-ci
Məqalədə:
Chosen
24
8
az.trend.az

10Sources