EN

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib

Bakı. Trend:

24 noyabr 2025-ci il tarixində Paris şəhərində Ümumdünya Mədənivə Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına TərəfÖlkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsindəUNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrəüzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitəninüzvü seçilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdəŞərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5ölkə mübarizə aparıb.

Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nindəstəyini təmin edərək Komitəyə üzv seçilib.

21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrsKonvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsasicra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrsSiyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbiiirsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrəfəaliyyətləri tənzimləməkdir.

Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadəistiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasındalayihələrə maliyyə dəstəyi ayırır.

Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarınınhazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturlarınpotensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.

Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onunfəaliyyətlərinə əhəmiyyətli töhfələr verib.

2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz evsahibliyi edib.

Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə qalibiyyəti ölkəmizinregional və beynəlxalq miqyasda artan nüfuzunun bariznümunəsidir.

Chosen
33
41
az.trend.az

10Sources