EN

Zelenskidən Trampın yeni planına təpki: Putini mükafatlandırmaq olmaz

BAKI, 24 noyabr. TELEQRAF

“Sülh danışıqlarında əsas problem Vladimir Putinin Ukraynanın işğal edilmiş ərazilərinin hüquqi cəhətdən tanınması tələbidir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu, ərazi bütövlüyü və suverenlik prinsipini pozar”, - o qeyd edib.

Ukrayna Prezidenti vurğulayıb ki, sərhədləri güc yolu ilə dəyişmək olmaz.

“Rusiyaya təzyiq göstərməyə davam edin. Çünki Rusiya insanları öldürməkdə davam edir”, - Zelenski əlavə edib.

Prezidentin fikrincə, Rusiyanın güc tətbiqi ilə torpaq ələ keçirməsinə icazə verilməsi təhlükəli bir presedent yaradacaq:

“Beynəlxalq hüquq Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Rusiyanın 2014-cü ildə Krımı anneksiya etməsi və digər regionların bir qismini işğal etməsi bu prinsipə birbaşa meydan oxuyub. Sülhün təmin olunması prosesində Moskvanı təcavüzünə görə mükafatlandımaq qəbuledilməzdir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair 28 bəndlik sülh planı təqdim olunub. Planda Rusiyanın xeyrinə Ukraynadan ciddi güzəştlər tələb edilir.

Chosen
40
teleqraf.com

1Sources