UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının İtaliyada "Napoli" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, görüşü çexiyalı hakimlər idarə edəcək.

Oyunun baş hakimi Dominik Starı olacaq.

Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.