Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızının vəziyyəti məlum olub.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, 2000-ci il təvəllüdlü (qadın) Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib.
Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır.
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 20-dən çox şəxs isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mina Mikayılova
Milli.Az