EN

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb

Bakı.Trend:

Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdənçox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpaişləri davam etdirilir.

Trend-inQarabağ bürosu xəbər verir ki, bu fikirləri noyabrın 24-də Xankəndişəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “SəyyarGənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçiriləntədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov səsləndirib.

O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpaişlərinin sürətlə davam etdiyini, regionda infrastrukturlayihələrinin də intensiv şəkildə həyata keçiridiyini, yeniavtomobil və dəmir yolları, hava limanları, elektrik və sutəchizatı sistemlərinin qurulduğunu vurğulayıb.

Sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədiləhəyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsindəinsanlara yeni iş imkanları yaradılıb.

Bundan başqa gənclərin sosial fəallığının və təhsilinin ölkənindavamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov,Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektualvə sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb. Hazırdauniversitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlifsosial-innovativ layihələrdə iştirak edirlər.

Qeyd edilib ki, bölgənin davamlı inkişafı və sakinlərin öz doğmatorpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindənbiridir və bu tədbir də regionda gənclərin inkişafı, həm dəgələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır.

Məqalədə:
Chosen
23
32
az.trend.az

10Sources