EN

Koçinyan: Onlar dedilər ki, bura kifayət qədər təhlükəsizdir

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Bakıya səfərlərimiz, azərbaycanlı ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərləri müntəzəm xarakter daşıyacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu noyabrın 21-22-də daha dörd nəfərlə birlikdə Azərbaycanda səfərdə olan Ermənistan vətəndaş cəmiyyəti qrupunun üzvü Areq Koçinyan noyabrın 24-də jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, səfərin təşkilində və təhlükəsizliyin təmin edilməsində həm Ermənistanın, həm də Azərbaycanın müvafiq orqanları iştirak edib:

"Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar dedilər ki, bura kifayət qədər təhlükəsizdir. Təhlükəsizliyimiz haqqında da bunu deyə bilərəm".

Koçinyanın özlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələri Bakıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşüblər:

"Hacıyev Ermənistan cəmiyyətinə müharibənin bitdiyini, Azərbaycan üçün artıq müharibə olmadığını çatdırmağımızı xahiş edib. Onlar üçün Ermənistan-Azərbaycan münaqişəsi bitib. Onlar üçün bizim vasitəmizlə Ermənistan cəmiyyətinə Ermənistanla hərtərəfli və davamlı sülh qurmaq istədiklərini və bu yolda irəliləməyə hazır olduqlarını çatdırmaq çox vacibdir. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmaması da mühümdür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
1
yenisabah.az

2Sources