EN

Çin və Yaponiya arasında 12 marşrut üzrə uçuşlar ləğv edildi

ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Pekin və Tokio arasında siyasi gərginliyin artması fonunda bir sıra aviaşirkətlər Çin və Yaponiyanı birləşdirən 12 marşrut üzrə sərnişin daşımalarını dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Pengpai DAST" səyahət xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, ləğv edilən istiqamətlər arasında Çindən Naqoya, Fukuoka, Sapporo və Osaka şəhərlərinə uçuşlar da var.

Bir çox marşrutlarda ləğvlərin miqyası daha da genişlənib. Məsələn, Tianjin–Osaka (Kansai) reysi üzrə nəzərdə tutulan uçuşların 65%-i, Nankinq–Kansai reysinin 59,4%-i, Quançjou–Kansai marşrutunun isə 31,3%-i ləğv olunub.

Gərginlik Yaponiyanın Baş naziri Sanae Takaiçinin parlamentdə Tayvan ətrafında mümkün böhranın Yaponiyanın "kollektiv özünümüdafiə hüququndan" istifadə etməsinə səbəb ola biləcək "mövcudluq təhlükəsi" yarada biləcəyini deməsindən sonra daha da dərinləşib.

Bu açıqlama Pekində sərt reaksiyaya səbəb olub. Çinin Osakadakı baş konsulu Xue Jian sosial şəbəkədə Yaponiyanın baş nazirini “başını kəsmək” kimi ifadə ilə hədələyib, lakin daha sonra paylaşımı silib. Ardınca Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını Yaponiyaya səyahət etməməyə çağırıb.

Uçuşların kütləvi şəkildə ləğvi iki ölkə arasındakı diplomatik gərginliyin hava nəqliyyatına da ciddi təsir göstərdiyini ortaya qoyur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
operativmm.az

2Sources