EN

Azərbaycan və Özbəkistan QHT-lər üçün birgə qrant müsabiqəsinin elan edəcək - Aygün Əliyeva

Bakı. Trend:

Bu gün Türk dövlətləri arasında mövcud olan sıx əlaqələr dövlətbaşçılarının şəxsi münasibətləri, qarşılıqlı etimadı və siyasiiradəsi sayəsində ən yüksək mərhələyə çatıb. Ortaq tariximiz vədəyərlərimiz, birgə hədəflərimiz bizi təkcə birləşdirmir, həm dəgücləndirir.

Trend xəbər verir ki, bunu Azərbaycan RespublikasınınQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru Aygün Əliyeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrinqeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışmərasimində çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, Vətən müharibəsində əldə olunanşanlı zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasınınqələbəsidir. Qarşıdakı illərdə reallığa çevriləcək Zəngəzur dəhliziisə Türk xalqlarının canlı körpüsü olacaq:

“Türk birliyinə gedən yol təkcə dövlətlərin iradəsindən deyil,həm də xalqların və vətəndaş cəmiyyətlərinin bir-birinə olanmünasibətindən asılıdır. Bu baxımdan Agentliyimiz Türk dövlətləriilə əməkdaşlıq istiqamətində analoji qurumlarla əlaqələrə böyükönəm verir.

Artıq Agentlik Türkiyənin vətəndaş cəmiyyəti və vəkillər idarəsiilə, Özbəkistanın Milli Assambleyası, parlament komissiyası vəYüksəliş Fondu ilə əməkdaşlıq memorandumu imzalanıb.

Hazırda Özbəkistanla birgə Qrant müsabiqəsinin elan olunmasıüçün son hazırlıqlar aparılır”.

Məqalədə:
Chosen
21
4
az.trend.az

5Sources