EN

Messi 1300 ə çatdı, tarixə düşdü

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Ötən gecə MLS liqasında "İnter Mayami" səfərdə "Sinsinatti" klubu ilə qarşılaşıb. 

Redaktor.az xəbər verir ki, matç qonaqların 4 cavabsız qolu ilə başa çatıb. Oyunun 19-cu dəqiqəsində "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Mateo Silvettinin ötürməsini başla qapıdan keçirib. 57-ci dəqiqədə isə Messi Silvettiyə qol ötürməsi verib. Matçın 62 və 74-cü dəqiqəsində Tadeo Allende fərqlənib. Bu qol ötürmələrinin də müəllifi argentinalı superulduz olub. 

Beləlilklə Lionel Messi 1 qol, 3 məhsuldar ötürmə ilə karyerasında 896-cı qola, 404-cü məhsuldar ötürməyə çatıb. Bununla da, Messi futbol tarixində 1300 qol töhfəsi verən yeganə futbolçu olub. 

Turan ASLAN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
1
redaktor.az

2Sources