EN

Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir

Şuşa. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı iləŞuşa şəhərində Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci ŞuşaForumu keçirilir.

Trend xəbərverir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarınınrəhbərləri, tədqiqatçılar iştirak edir. Regional təhlükəsizlik,xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya vəenerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirəmövzuları olacaq.

Forum BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və TürkiyəRespublikası Xarici İşlər Nazirliyinin Strateji AraşdırmalarMərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə başlayacaq.Açılış nitqlərində əsas diqqət Azərbaycan-Türkiyə stratejimüttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonundainstitusional əsaslarının və konstruktiv rolunun daha dagücləndirilməsinin vacibliyi ilə bağlı tezislərə yetiriləcək.
Daha sonra “Azərbaycan və Türkiyənin xarici siyasətində əsastrendlər və əməkdaşlıq imkanları”, “Azərbaycan-Türkiyəəməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiyaperspektivləri”, Azərbaycan-Türkiyə əməkdaşlığındanəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri”mövzularında panel sessiyalar keçiriləcək.

Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyinmərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi,ortaq elmi-analitik platformaların yaradılması və gələcək stratejitəşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Chosen
37
22
az.trend.az

10Sources