EN

Zəfərdən sonra beş il: Strateji güc, diplomatik üstünlük və dayanıqlı inkişaf

Bakı.Trend:

Postmünaqişə dövrünün artıq beş ili geridə qalır. Bu beş ilAzərbaycan xalqının iradəsinin, sarsılmaz həmrəyliyinin və tarixqarşısında qazandığı ədalətli qələbənin davamı kimi xatırlanır.Azərbaycan bu müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpası,yenidən qurulması və bölgənin dayanıqlı inkişafının təmin olunmasıistiqamətində genişmiqyaslı işlər həyata keçirib. Bu beşillik,təkcə dağıntıların aradan qaldırılması deyil, həm də regionungələcək onilliklər üçün sosial, iqtisadi və ekoloji baxımdan modernbir məkana çevrilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzininəməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib ki, postmünaqişədövrünün 5 illiyinə baxanda Azərbaycanın öz strateji müdafiəqabiliyyətlərini hansı formada gücləndirdiyini bir daha müşahidəetmiş oluruq.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ayrılaninvestisiyalar, o cümlədən həmin regionlarda hərbi təhlükəsizliktədbirlərinin gücləndirilməsi bir sıra məqamlardan xəbər verir.Azərbaycan həmin regionu təkcə işğaldan azad edilmiş zona kimidiqqətdə saxlamır, eyni zamanda orada dayanıqlı sülhün vətəhlükəsizliyin təmin olunmasına çalışır. Bunun üçün də ən vacibfaktorlardan biri həmin regionlarda insan resurslarınınolmasıdır”.

Siyasi təhlilçi bildirib ki, Azərbaycan "Böyük Qayıdış" proqramıçərçivəsində bir sıra layihələr həyata keçirir və məcburiköçkünlərin geri qayıdışını təmin edən fəal siyasət yürüdür.

“Bundan sonrakı hadisələr həmin regionda insan resursludayanıqlılığın təmin olunması üçün əlavə aktiv səylər tələb edəcək.Azərbaycan bunun da parametrlərini işləyib hazırlayacaq. Digərtərəfdən isə zəfərin qəbul edilməsi yönündə çox ciddi addımlaratılıb. Azərbaycanda fəaliyyət göstərən bir çox diplomatiknümayəndəliklərin rəsmiləri işğaldan azad olunan regionlara səfəredirlər. Müxtəlif ölkələrin dövlət başçılarının həmin ərazilərəsəfərləri baş tutur. Bütün bunlar Azərbaycanın reallığıqəbuletdirmə mexanizmlərinin çox əhəmiyyətli məsafə qət etdiyinigöstərir”.

O bildirib ki, Azərbaycan ordu quruculuğuna da diqqətyetirir.

“Bununla da Azərbaycan öz çəkindirmə gücünü, çəkindirməvasitələrini artırmış olur ki, gələcəkdə Azərbaycana qarşı hərhansı bir revanş cəhdi baş tutmasın”,- deyə A.Kərimov əlavəedib.

İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan 44günlük müharibə zamanı dünya ölkələrini necə heyrətləndirmişdisə,işğaldan azad etdiyi ərazilərdə də postmünaqişə dövründə eyniheyrəti yaşatdı.

O vurğulayıb ki, son 50 il ərzində heç bir regionda Azərbaycanın5 il ərzində yenidənqurma və bərpa istiqamətində əldə etdiyiperformans müşahidə edilməyib.

“5 il ərzində işğaldan azad edilən bölgələrə 22 milyon vəsaitxərclənib. Yəni, həm siyasi arenada paralel olaraq gedən mübarizə -dönməz siyasət, davamlı uğur, iqtisadi arenada güzəştlərin tətbiqi,sahibkarlıq fəaliyyətinin yaradılması, iqtisadi inteqrasiyanıntəmin olunması, əhalinin ora köçürülməsi, minatəmizləmə işləri,yol, enerji və digər infrastrukturun yaradılması, həmçinin bütünbunlara paralel olaraq Ermənistanı sülhə gətirmək, beynəlxalq aləmiözünün tam haqlı olduğuna inandırmaq - bütün bunlar Azərbaycandövlətinin 5 il ərzində gördüyü uğurun sadəcə bir cümlədəifadəsidir.

Chosen
25
1
az.trend.az

2Sources